Yazını böyüt
Yazını kiçilt
“2020-ci ilin 7 ayında Ədliyyə Nazirliyi tərəfindən elektron xidmətlərdən istifadə sayı 1 milyonu ötüb”.
Hafta.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov deyib. Onun sözlərinə görə, bu xidmətlərə maraq günü-gündən çoxalır. O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən 31 adda elektron xidmət göstərilir.
“Elektron Ədliyyə köşkü vasitəsilə 600-dən artıq azyaşlının ölkədən getməsinə dair ərizə rəsmiləşdirilib”. Zaur Həsənov deyib. O bildirib ki, 600-dən artıq şəxsin ölkədən getməsi bəlkə də təxirə salına bilərdi. Amma bu köşk vasitəsilə bu məsələ vaxtında həllini tapıb”.